Zakir Qaralov Goranboyda vətəndaşları qəbul edib

Baş prokuror Zakir Qaralov bu gün Goranboy rayon prokurorluğunun inzibati binasında Gəncə şəhəri, Goranboy, Samux, Göygöl, Daşkəsən, Kəlbəcər və Xocalı rayonlarından olan vətəndaşları qəbul edib.

 

APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Zakir Qaralov bölgədə yaşayan 39 vətəndaşın müraciətində qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlər üzrə onların qanunauyğun və operativ şəkildə həll edilməsi üçün əlaqədar struktur qurumların rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq tapşırıqlar verib.

 

Prokurorluğun səlahiyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

 

Müəllif | Apa.Tv
Apa.tv