Sabirabadda avtomobil aşdı, sürücü ağır yaralandı

Sabirabadda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul-Bəhrəmtəpə yolunun 16-cı kilometrliyində, Sabirabad rayonunun Qaragüney kəndi ərazisində qeydə alınıb.

 

Şirvan şəhər sakini, 37 yaşlı Əşrəf Mirzə oğlu İmanov "Mercedes" markalı avtomobillə yüksək sürətdə hərəkətdə olarkən idarəetməni itirib və maşın aşaraq yolun kənarına düşüb.

 

Hadisə nəticəsində ağır xəsarətlər alan sürücü Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv