ABŞ vitse-prezidenti Azərbaycan və Ermənistan prezidentlərinə təcili zəng edib

Mayın 20-də ABŞ-nın vitse-prezidenti Co Bayden Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

 

APA-nın məlumatına görə, söhbət zamanı ABŞ-nın təşəbbüsü ilə bu yaxınlarda Vyanada keçirilən görüşlərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində əhəmiyyəti qeyd olunub.

 

Azərbaycan prezidenti İlham Əliyev münaqişənin tezliklə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həllinin vacibliyini bildirib.


Eyni gündə ABŞ-ın vitse-prezidenti Cozef Baydenlə Ermənistan prezidenti Serj Sarkisyan arasında da telefon danışığı olub.

 

Bu barədə Ermənistan prezidentinin mətbuat xidmətindən bildirilib.

 

"Hər iki tərəf, Qarabağ münaqişəsinin nizamlanması üzrə Vyanada əldə olunmuş razılaşmaların tam və səmərəli həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. Tərəflər münaqişənin  ATƏT-in Minsk qrupunun vasitəçiliyi çərçivəsində  yalnız sülh yolu ilə həllinin mümkünlüyünə dair həmrəy olduqlarını vurğulayıblar”, - deyə, məlumatda deyilir. 

 

Müəllif | Apa.Tv
Apa.tv