NATO-nun baş katibi: "Rusiya ilə yeni "soyuq müharibə" istəmirik"

“Şimali Atlantika Alyansı Rusiya ilə yeni "soyuq müharibə" istəmir”.

 

APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

 

O bildirib ki, NATO Rusiyanın öz silahlı qüvvələrini necə intensiv maliyyələşdirdiyini müşahidə edir: “NATO yalnız bu fəaliyyətlərə cavab verərək öz müdafiəsini gücləndirir. Biz eyni zamanda eskalasiyadan qaçırıq və açıq dialoqu dəstəkləyirik”.

 

NATO baş katibi hazırda alyansın Rusiyadan birbaşa təhdid görmədiyini də açıqlayıb. 

 

Müəllif | Apa.Tv
Apa.tv