Zaqatalada 36 yaşlı kişini ilan sancdı

Zaqatalada 36 yaşlı kişini ilan sancıb. Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA TV-yə verilən məlumata görə, mayın 20-də axşam saat 17:30 radələrində rayonun Bəhmətli kənd sakini, 1980-ci il təvəllüdlü Yalçın Nəcməddin oğlu İsayev ilan sancması xəsarəti ilə xəstəxanaya daxil olub.

 

Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 36 yaşlı Yalçın İsayev rayonun dağlıq ərazisində ilan oynadarkən ilan qəfildən onun hər iki əlinin ikinci barmaqlarından sancıb.

 

Yalçın İsayevə xəstəxanada lazımi tibbi yardım göstərilib, müalicəsi xəstəxananın travmatologiya şöbəsində aparılır.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov