Quba-Xınalıq yolunda dağ uçqunu oldu: 6 kəndlə əlaqə kəsilib

Ötən gün Quba-Xınalıq yolunda dağ uçqunu baş verib.

 

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, yolun 37-ci km-də qaya parçalarının dağdan qoparaq yola yuvarlanması nəticəsində yol bağlanıb.

 

Quba 6 saylı Yol İstismar İdarəsinin sahə rəisi Bilal Sultanovun verdiyi məlumata görə, 15-20 tonluq qaya parçaları yola düşərək hərəkəti məhdudlaşdırıb.

 

Xınalıqla bərabər bu istiqamətdə yerləşən Əlik, Haput, Cek, Qələxudat, Bostankeç kəndləri ilə də əlaqə kəsilib.

 

Yolun açılması üçün əraziyə texnika cəlb olunub.

Müəllif | Apa.Tv
Apa.tv