Milli Məclisin yaz sessiyasının sonuncu iclasının tarixi açıqlandı
Azərbaycan Milli Məclisinin 2016-cı ilin yaz sessiyasında son iclası mayın 31-də baş tutacaq.
Parlamentdən APA-ya verilən məlumata görə, iclasın gündəliyinə 12 məsələ daxildir.
Bunlar H.Səlimovun Şəki Apelyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi barədə sənəd, Cəzaların İcrası, Cinayət məcəllələrində və bir sıra qanunlarda dəyişikliklərdir.