Bakıda məktəb yanır

Bakının Əhmədli qəsəbəsində yerləşən 95 saylı orta məktəbdə yanğın başlayıb.

 

APA-nın xəbərinə görə, hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub.

 

Məktəbdəki şagird və müəllimlər təxliyə edilib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

 

Müəllif | Apa.Tv
Apa.tv