Təbii fəlakət Şri Lankada 92 nəfərin həyatına son qoydu
Şri Lankada şiddətli yağışlardan sonra əmələ gələn daşqınlar və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 92-yə çatıb.
APA TV-nin “Assosiated Press” agentliyinə istinadən verdiyi məlumata görə, daha 109 nəfər itkin düşmüş hesab edilir.
Son məlumatlara əsasən, təbii fəlakət 500 insana zərər vurub. 200 minədək insan isə müvəqqəti sığınacaqlarda qalıb.
Hazırda ölkənin Araneyeyk bölgəsində torpaq altında qalanların axtarışları davam etdirilir.