Ərdoğan Binali Yıldırıma yeni hökumət qurmağı tapşırdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) yeni sədri Binali Yıldırımı qəbul edib.

 

APA TV-nin “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, Ərdoğan yeni, 65-ci hökuməti qurmağı Binali Yıldırıma tapşırıb.

 

Qeyd edək ki, ötən gün AKP-nin II fövqəladə qurultayı keçirilib. Qurultaya 6 min adam dəvət olunub. Qurultayda əvvəlcə Əhməd Davudoğlu çıxış edib. Daha sonra Binali Yıldırım partiya üzvlərini “Ərdoğan mahnısı” ilə salamlayıb. Səsvermə baş tutub və 1470 nəfər nümayəndə səs verib. Seçkinin nəticələrinə görə, Binali Yıldırım 1405 nəfərin səsini alaraq partiyanın yeni sədri seçilib.

Müəllif | Apa.Tv
Apa.tv