Göyçayda yaşayış evi yandı
Göyçay rayonunda fərdi yaşayış evi yanıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə ötən gün axşam rayonun Ləkçiplaq kəndində qeydə alınıb.
Kənd sakini, 1979-cu il təvəllüdlü İbrahimov Ramil Sahib oğluna məxsus ümumi sahəsi 210 kvadratmetr olan ikimərtəbəli, 6 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.
Hadisə zamanı evin 48 kvadratmetrlik hissəsi içərisindəki əşyalarla birgə yanaraq yararsız hala düşüb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.