Tərtərdə yenə partlamamış top mərmiləri aşkarlandı
Tərtərin Cəmilli və Əskipara kəndlərində daha 2 ədəd partlamamış 122 mm-lik top mərmisi aşkar edilib.
APA TV-nin məlumatına görə, bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) hesabatında bildirilir.
Mayın 22-də 7 ev və həyətyanı sahə, 2 əkin sahəsi, 2 otlaq sahəsində 19 partlayış yerinə baxış keçirilib. 2 ədəd 122 mm-lik top mərmisi aşkar edilib və gün ərzində 32 321 kv. m ərazi təmizlənib.
Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı, məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.