Suriyada silsilə parlayışlar: ən azı 100 ölü

Suriyada ard-arda güclü partlayışlar baş verib.

 

APA TV-nin məlumatına görə, Cəblə və Tartusda ard-arda törədilən terror hadisələri zamanı ümumilikdə 100 nəfər ölüb. Bu barədə Suriya İnsan Haqları Təşkilatı məlumat yayıb.

 

İlk terror hadisəsi Cəblə avtovağzalı ilə dövlət enerji şirkətinin kəsişdiyi ərazidə kamikadzenin özünün partlatması nəticəsində, ikincisi isə yanacaqdoldurma məntəqəsinin qarşısında törədilib.

 

Üçüncü terror hadisəsi zamanı isə kamikadze üzərindəki partlayıcı qurğunu Cəblədəki Təcili Tibbi Yardım Xəstəxanasının yaxınlığında işə salıb.

 

Ölkənin ikinci böyük liman şəhəri olan Tartusda da terror aktları törədilib. Burada da terrorçuların hədəfi avtovağzal binası və yanacaqdoldurma məntəqəsi olub. Nəticədə 20 nəfərin öldüyü bildirilir.


Suriyanın Qamışlı əyalətində isə kamikadzenin restoranda özünü partlatması zamanı 5 nəfər həlak olub.

 

Qeyd edək ki, hər üç şəhər Suriyanın şimal şərqində yerləşir.

Müəllif | Apa.Tv
Apa.tv