Kişi sənəti ilə ailə dolandıran qadın
Kişilərin çalışdığı sahədə qadınların işlədiyini görəndə hamı təəccüblənir. Göyçayda yaşayan Kütahi Mollayevanın məşğul olduğu sənətsə uzun illərdir bu rayonda heç kimi təəccübləndirmir. Pinəçidir bu qadın. Ayaqqabı tikir, köhnə ayaqqabıları təmir edir. Üç oğlu ilə birgə. Bu sənəti ailə qurandan sonra öyrənib. Amma bu qadın orta məktəbdə oxuyan üc oğulunu pinəçiliklə dolandırır. Əvvəl yoldaşımla birlikdə işləyirdim deyir, sonra elə gətirdi ki, tək işləməli oldum. Günün əsas hissəsini bu sexdə keçirən Kütahinin zərif əlləri bu ağır işdə kobudlaşıb. Amma gördüyü işdən heç də yorulmur o. Əksinə həvəslə təkcə qadın yox, kişi ayaqqabıları da tikir. Sifarişlər əsasında bütün növ ayaqqabılar tikən və ya təmir edən Kütahi xanım çox kasıb, amma şərəflə yaşaması ilə fəxr etdiyini bildirir. APA TV-nin çəkiliş qrupu ilə öyrəndik ki, onun hər üç övladı dərsdən sonra analarına yardım edirlər. Yaxşı sənətkar olmaq çətin məsələdir deyir pinəçi qadın və hesab edir ki, övladları da bu sənətə yiyələnmək istəsə mane olmaz. “Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan” deyib dahi Nizami. Elə bu prinsiplə də pinəçi qadın öz sənətini oğlanlarına öyrədir, “ən azı bu dükan və bu sənətimiz, bir də dolanışığımız olsun, dünyada nə qədər adam varsa, ondan iki dəfə artıq ayaqqabı var, hələ mən bura fəslə görə ayaqqabıları əlavə etmirəm, sadəcə hər adama bir cüt ayaqqabıdan hesablayıram” deyir. İndi görün bu sənətə nə qədər ehtiyac var. Bunu isə Kütahı xanımın oğlu Teymur deyir. O bütün növ ayaqqabılar tikdiyini də bildirir. Özümüz kasıb ailəyik. O üzdən ehtiyac, kasıbçılıq nədir yaxşı bilirəm deyir. Bəzən pulsuz ayaqqabı tikdiyi də olur. Traktorçu, mexanizator, qabaqcıl pambıqçı, millət vəkili, siyasətçi, marşrut, trolleybus, taksi sürücüsü, lap prezident - qadın. Bu vəzifələri eşitmişdik, amma pinəçi - qadın eşitməmişdik. Hələ sadalanmayan nə qədər peşələr, sənətlər var. Zəhmət, halallıq tələb edir bu sənət, həm də kişi sənətidir. Və görün hələ bu işləri görən və tanımadığımız nə qədər qadın var. Kim nə deyir-desin azərbaycanlı qadınlar zəhmətkeş, qürurlu və halallığı sevəndirlər. Və bu dünyada nə boyda faciə və fəlakət yaşayırlar yaşasınlar övladları onlara hər şeydən önəmli, əzizdir. Övladları üçün lap pinəçi də olmaq gərəkirsə o bunu edəcək. Necə ki, edir.