Rusiyada karxana çökdü: 150 işçi mədəndə qaldı

Rusiyanın Krasnoyarsk diyarının Şimali Yeniseysk rayonunda yerləşən "Vostoçnı" mədənində karxana divarı aşıb.

 

APA TV "RİA Novosti" agentliyinə istinadən məlumatIna görə, 150 işçi mədənin içərisində qalıb.

 

Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə rəsmi nümayəndəsi Alena Aleksişina bildirib ki, hadisə sübh tezdən, Yeruda qəsəbəsi yaxınlığında baş verib. İşçilərdən heç biri xəsarət almayıb, 150 fəhlə təxminən 300-560 metr arası dərinlikdə havasız şəraitdə qalıb.

 

Qəzaya qrunt sularının səbəb olduğu ehtimal edilir.

 

Hazırda hadisə yerində xilasetmə işlərinə başlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv