Sarkisyan istefaya göndərdiyi generalın yerinə polkovnik təyin etdi

Polkovnik Teymur Şahnazaryan Ermənistan Müdafiə Nazirliyinin Rabitə Qoşunlarının rəisi - rabitə və avtomatlaşdırılmış idarəetmə sistemləri idarəsinin rəisi təyin edilib.

 

APA TV-nin xəbərinə görə, bu barədə Ermənistan prezidenti Serj Sarkisyan müvafiq sərəncam imzalayıb.

 

Prezidentin digər sərəncamı ilə Ermənistan Silahlı Qüvvələrinin silahlanma idarəsinin rəisi, Melsik Çilinqaryan vəzifəsindən azad edilib.

 

Xatırladaq ki, Ermənistan prezidentinin 26 aprel fərmanı ilə nüdafiə nazirinin müavini - maddi-texniki təminat departamentinin rəisi Alik Mirzabekyan, Baş Qərargahın kəşfiyyat idarəsinin rəisi Arşak Karapetyan və Rabitə Qoşunlarının rəisi - rabitə və avtomatlaşdırılmış sistemləri idarəetmə idarəsinin rəisi, general-mayor Komitas Muradyan tutduqları vəzifələrdən azad ediliblər.

Müəllif | Apa.Tv
Apa.tv