ATƏT sədri Azərbaycandakı sekçilərlə bağlı bəyanat verdi
ATƏT- in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara Azərbaycan keçirilən prezident seçkiləri ilə əlaqədar bəyanatla çıxış edib.
Ukrayna Xarici İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə bəyanatda Azərbaycandakı seçkilər “demokratiyaya doğru əhəmiyyətli bir addım” adlandırılıb: "Oktyabrın 9-da Azərbaycan xalqı öz prezidentini seçmək üçün seçki məntəqələrinə getdi. Mən Azərbaycanda keçirilən prezident seçkilərinin ATƏT, AŞ, AB, MDB və s nüfuzlu beynəlxalq təşkilatların müşahidə missiyaları, həmçinin ATƏT-ə üzv dövlətlərin milli nümayəndələri tərəfindən izlənilməsini alqışlayıram. ATƏT-in qısamüddətli seçki müşahidə missiyasına ATƏT sədri tərəfindən təyin olunan xüsusi kordinator Mişel Vuazen rəhbərlik edib”.
L. Kojara ATƏT, Avropa Şurası və Avropa Parlamentinin və digər beynəlxalq təşkilatların seçkilərlə bağlı ilkin bəyanatları ilə tanış olduğunu da vurğulayıb: “Beynəlxalq müşahidəçilərin bəyanatlarında belə qənaətə gəlinib ki, ATƏT və Avropa Şurasının standartlarına uyğun olaraq, Azərbaycanda keçirilmiş prezident seçkilərində bir sıra aspektlərdə, demokratik seçkilərin keçirilməsində və başqa sahələrdə tərəqqiyə nail olunub. Eyni zamanda daha da yaxşılaşdırılmasında ehtiyacı olan sahələr qeyd olunub”.
ATƏT rəhbəri Azərbaycan xalqı və rəhbərliyini ölkənin demokratik inkişafında mühüm addım olan nailiyyət münasibətilə təbrik edib.
O həmçinin, Azərbaycanın demokratik institutların daha da möhkəmlənməsi yolunda səylərini bundan sonra da davam edəcəyinə əminliyini ifadə edib.
Leonid Kojara ATƏT və Azərbaycan arasında ATƏT-in prinsip və öhdəliklərinin reallaşdırılmasına istiqamətlənmiş qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da davam edəcəyinə ümidvar olduğunu bildirib.