Binədə həyətində narkotik əkib becərən şəxs: "Kişi işi deyil..."

Suraxanı RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları narkotik vasitələrin əkib-becərilməsi ilə məşğul olan şəxsi həbs ediblər.

 

APA TV-nin məlumatına görə, rayon sakini Şıxəli Əliyevin yaşadığı Binə qəsəbəsindəki evinə baxış keçirilən zaman külli miqdarda qurudulmuş marixuana və çətənə kolları aşkar edilib.

 

"14 toxum idi. Onun 11-i cücərdi.  Əvvəl istəmirdim əkim, sonra dəmir qablar gətirdim arxa həyətdə əkdim" - deyən saxlanılan şəxsin sözlərinə görə, narkotik vasitəni keçən il özü üçün əkib. Bu il isə dolanışığını düzəltmək məqsədilə dibçəklərdə narkotik vasitələrə qulluq göstərməyə başlayıb.

 

Əməlindən peşman olduğunu deyən Əliyev hazırda xəcalət çəkdiyini bildirib: "Bu əməl kişi işi deyil, madyanlıqdır. Bilirsən necə dostlarım var mənim? İndi məni buraxsalar da, utandığımdan çıxa bilmərəm".

 

İstintaq İdarəsindən verilən məlumata görə, Şıxəli Əliyevin həyətyanı sahəsində aşkar olunan narkotik vasitələrin ümumi həcmi 5 kq-dan çox olub. Araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv