Ruhani dövlət başçısı İlham Əliyevi təbrik etdi
İran prezidenti Həsən Ruhani İlham Əliyevə yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik məktubu yollayıb. İranın Azərbaycandakı səfirliyindən APA TV-yə verilən məlumata görə, təbrikdə deyilir: “Azərbaycan Respublikası prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi, dövlətinizi və Azərbaycan xalqını səmimiyyətlə təbrik edirəm. Ümid edirəm ki, bizim əməkdaşlığımız, İran İslam Respublikası və Azərbaycan Respublikası arasında mövcud olan xoş münasibətlər yeni dövrdə də qarşılıqlı hörmət və xalqlarımız mənafeləri çərçivəsində daha da inkişaf edəcək. Allah-təaladan Sizə cansağlığı, uğurlar, Azərbaycan dövləti və xalqına xoşbəxtlik və rifah arzu edirəm”.
Qeyd edək ki, İlham Əliyevi prezident seçilməsi münasibəti ilk təbrik edən Türkiyəli həmkarı Abdullah Gül və baş naziri Rəcəb Tayyip Ərdoğan olub.