Bakıda 30 yaşlı kişi özünü bıçaqladı
Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin məlumatına görə, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi 2 ünvanında yaşayan 30 yaşlı Aslan Mütəllimov bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib.
Yaralıya dərhal tibbi yardım göstərilib. Qarın nahiyəsindən bıçaq xəsarətləri olan Aslan Mütəllimov əməliyyat olunub. Həkimlər onun vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər.
Hadisə barədə polisə məlumat verilib. Aslan Mütəllimov polis əməkdaşlarına özü-özünü bıçaqladığını bildirib. Yaralının ifadəsinin düzgünlüyü polis tərəfindən yoxlanılır.
Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırmalar davam edir.