Neft yenidən ucuzlaşdı
Dünya bazarında neftin qiyməti ucuzlaşmaqda davam edir. APA TV-nin məlumatına görə, "Brent" markalı neftin bir bareli hazırda 47,90 dollardan satılır.
Qərbi Texas nefti də ötən günə nisbətən ucuzlaşıb. Səhər saatlarına olan məlumata görə, fyüçerslərdə Qərbi Texas neftinin qiyməti 47,73 dollardan müəyyənləşib.