Ağdama dolu düşdü
Ötən gün axşam saatlarında Ağdamın yaşayış məntəqələrinə dolu düşüb. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, rayonun Zəngişalı, Mahrızlı, Qaradağlı və Əfətli kəndlərinə daha çox yağan dolu taxıl zəmilərinə, bostan və tərəvəz bitkilərinə ciddi zərər vurub.
Şamil Əhmədov, Qaradağlı kənd bələdiyyəsinin sədri: "Bizim Qaradağlı bələdiyyəsi 3 kəndi əhatə edir - Rzalar, Qardağlı, Eloğlu kəndləri. 1018 hektar torpaq sahəsi var bizim bələdiyyənin. Nə vardısa, hamısına ziyan dəydi. Arpaya, taxıla, soğana. Nə varsa, hamısı məhv oldu".
Atamoğlan Quliyev, Qaradağlı kənd sakini: "Maşınla yol gəlirdim. Gəldim ki, həyəti bu günə qoyub. Yolda maşın da sürmək olmurdu. İri doluydu".
Hazırda Ağdam rayon Fövqəladə Hallar Komissiyası dəyən ziyanın həcmini araşdırır.