Dövlət Neft Fondu 14 banka 50 milyon dollar satdı
Bu gün Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 mln. dollar məbləğində vəsait hərraca çıxarılıb.
Fonddan "APA-Economics"ə verilən məlumata görə, bu vəsait 14 banka satılıb.
İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.