Futbolçu stadionda belə öldü - REAL GÖRÜNTÜ
Argentina Regional Futbol İttifaqı çempionatında ölüm faktı qeydə alınıb.
APA TV-nin xəbərinə görə, oyunun ikinci hissəsində "Vilya Elisa" klubunun oyunçusu Mikael Favre oyun zamanı başından zərbə alıb.
Yerə yıxılan oyunçunun huşu getdiyindən, həkimlər vəziyyətə müdaxilə ediblər. Oyunçunun nəbzinin dayandığını görən klubun həkimləri onu dərhal xəstəxanaya aparıblar. Lakin futbolçu xəstəxanaya çatana kimi yolda ölüb.
Ölümün dəqiq səbəbi aparılan araşdırmalardan sonra bəlli olacaq.