Daşkəsəndə təbii fəlakət: güclü yağış və qasırğa fəsadlar törətdi

Dünən axşam Daşkəsəndə müşahidə olunan əlverişsiz hava şəraiti bir sıra fəsadlar törədib.

 

Daşkəsən Rayon İcra Hakimiyyətindən APA TV-yə bildirilib ki, mayın 23-də saat 18.00 radələrində rayonda güclü yağış yağıb, dolu düşüb. Bundan sonra güclü külək qeydə alınıb.

 

Güclü qasırğa nəticəsində Daşkəsən şəhərinin 10-dan artıq  yaşayış və inzibati binasının dam örtüklərinə və rayonun yol, elektrik, rabitə təsərrüfatına, əkin sahələrinə  ziyan dəyib. Rayon sakininin fərdi minik avtomobilinin üzərinə ağac aşıb, maşın yararsız hala düşüb.

Təbii fəlakət barədə aidiyyəti qurumlar məlumatlandırılıb. Dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi üzrə işlər aparılır. Daxili imkanlar hesabına dəymiş ziyanın aradan qaldırılması üzrə müvafiq tədbirlər görülür.

 

Müəllif | Apa.Tv
Apa.tv