Tərtərdə daha bir top mərmisi zərərsizləşdirildi
Tərtərin Cəmilli kəndinin əkin sahələrində aşkarlanan top mərmisi zərərsizləşdirilib.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, 122 mm-lik OF56 markalı top mərmisi kəndin otlaq sahəsində aşkarlanıb.
Hadisə yerində axtarış təmizləmə işləri aparan Beynəlxalq Avrasiya Mətbuat Fondunun İcma Mina Aksiyasının mütəxəssisləri partlamamış sursatı yerindəcə zərərsizləşdiriblər.
Analoji hadisə Goranboyun Tapqaraqoyunlu və Tərtərin Əskipara kəndlərində də qeydə alınıb. Daşınması mümkün olmayan hərbi sursatlar yerində zərərsizləşdirilib.
Qeyd edək ki, erməni hərbi birləşmələrinin yaşayış məntəqələrini ağır artilleriyadan atəş açması nəticəsində yüzlərlə mərmi cəbhə kəndlərinin əkin sahələrinə düşüb. Axtarış-təmizləmə işləri davam edir.