Türkiyə ordusu daha 5 şəhid verdi

Türkiyə ordusu daha 5 şəhid verdi

 

Türkiyə ordusu daha 5 şəhid verib. APA TV-nin “Hurriyet”ə istinadən verdiyi xəbərə görə, PKK terrorçuları Van əyalətinin Çaldıran rayonunda növbəti dəfə partlayış törədiblər.

 

Partlayış nəticəsində 5 hərbçi həlak olub, üçü yaralanıb. Yol kənarına quraşdırılan  kustar üsulla hazırlanmış partlayıcı qurğu hərbi maşın keçən an işə salınıb. 

 

İnsidentin baş verdiyi ərazidə Hərbi-Hava Qüvvələrinin dəstəyi ilə terrorçuların müəyyən olunaraq məhv edilməsi istiqamətində əməliyyat keçirilir.

Müəllif | Apa.Tv