Dağıstanda silahlılar polis əməkdaşlarını atəşə tutdu
Dağıstanın Şamil rayonu ərazisində silahlılar polis əməkdaşlarını atəşə tutublar. APA TV-nin xəbərinə görə, bu barədə “TASS”-a hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
“Dağıstanın Şamil rayonunda silahlılar retranslyasiya qülləsinə atəş açıblar. Silahlılar hadisə yerinə gələn polis əməkdaşlarını da atəşə tutublar”, - deyə mənbə bildirib.
Hazırda hücum edən şəxslərin axtarışları davam etdirilir. Retranslyasiya qülləsində partlayıcı qurğunun olub-olmaması yoxlanılır.