Aralıq dənizində 2 700 qaçqın xilas edildi

İtaliya sahil təhlükəsizlik qüvvələri son 24 saat ərzində həyata keçirdikləri 15 xilasetmə əməliyyatı nəticəsində Avropaya qaçmağa çalışan təxminən 2 700 nəfər qaçqını xilas edib.

 

APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, sahil təhlükəsizlik qüvvələrinin verdiyi açıqlamaya görə, İtaliya donanmasının gəmiləri xilasetmə əməliyyatı zamanı təkcə 509-a yaxın miqrantı əlverişsiz qayıqlarda batmaq üzrə olarkən xilas edib.

 

Verilən açıqlamada həmçinin qeyd olunur ki, son günlər Liviya ilə İtaliya arasında hava şəraitinin düzəlməsi ilə bağlı miqrant axını xeyli çoxalıb.

Müəllif | Apa.Tv
Apa.tv