Neft bahalaşmağa başladı

Dünya bazarında neftin qiyməti yenidən bahalaşıb. APA TV-nin məlumatına görə, "Brent" markalı neftin bir bareli hazırda 49,25 dollardan satılır. Bu isə ötən günə nisbətən 2 dollara qədər bahalaşma deməkdir.

 

Qərbi Texas nefti də ötən günə nisbətən bahalaşıb. Səhər saatlarına olan məlumata görə, fyüçerslərdə Qərbi Texas neftinin qiyməti 49,27 dollardan müəyyənləşib. Bununla da Texas nefti "Brent" neftindən baha satılmağa başlayıb. Bundan əvvəl isə "Brent" nefti böyük fərqlə Texas neftindən baha satılırdı. 

 

Müəllif | Apa.Tv
Apa.tv