Tramp Vaşinqtonda da qələbəni təmin etdi - ETİRAZLAR BAŞLADI
ABŞ prezidentliyinə milyarder namizəd Donald Tramp mayın 24-də paytaxt Vaşinqtonda keçirilən praymerizlərdə qələbə qazanıb.
APA TV-nin "Rbc.ru"ya istinadən xəbərinə görə, milyarder burada 1229 qurultay nümayəndəsinin səsini təmin edib.
Bu ilkin seçkilərin nəticələrinə əsaslanaraq D.Trampın noyabrda keçiriləcək seçkilərdə respublikaçıların namizədi olması üçün bundan sonra cəmi 8 nümayəndənin dəstəyinə ehtiyacı var.
Milyarderin Vaşinqtondakı qələbəsi Nyu-Meksika ştatının Albukerke şəhərində etirazlara səbəb olub. Etirazçılar polis barrikadalarını yararaq, D.Trampa dəstək məqsədilə təşkil olunan qurultayın keçirildiyi binaya daş parçaları atıb. Polis aksiyaçıları ərazidən uzaqlaşdırmağa çalışıb.
Qeyd edək ki, praymerizlərin növbəti mərhələsi iyunun 7-də Kaliforniya, Montana, Nyu-Cersi və Cənubi Dakota ştatlarında keçiriləcək.