Sabah hava yağmursuz olacaq

Mayın 26-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən xəbərə görə, gündüz mülayim cənub küləyi əsəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 14-17 dərəcə isti, gündüz 22-27 dərəcə isti, Bakıda gecə 15-17 dərəcə isti, gündüz 25-27 dərəcə isti olacaq.

 

Mayın 26-da Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun Aran rayonlarında gecə 13-18 dərəcə isti, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə isti, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv