ATƏT müşahidəçilərindən bir-birinə zidd BƏYANATLAR

“Bütün baş verən polemika və detallı problemlərə baxmayaraq, seçkinin nəticələri təkzibedilməz bir qalibin olduğunu göstərir. Bunu “exit-poll”arın da əksəriyyəti təsdiq edib”.

 

Bu fikirləri  ATƏT-in qısamüddətli missiyasının rəhbəri Mişel Vuazen yaydığı xüsusi bəyanatında bildirib. O qeyd edib ki, xüsusi ixtisaslaşmış müşahidə missiyalarının rəyi də seçki kampaniyasının demokratiya istiqamətində irəliləyiş olduğuna şübhə doğurmadığını göstərir.

 

SİTAT “Bu, istər namizədlərin sayı, istər onlara televiziya debatlarında bərabər təşviqat kampaniyasında iştirak imkanı yaratmaq, istər nəzərəçarpacaq dərəcədə seçici fəallığı, istərsə də seçkilərin yaxşı təşkil edilməsi və MSK-nın şəffaf fəaliyyətində özünü göstərib”. SUTATIN SONU

 

İndiyə qədər Azərbaycanda dörd seçkidə müşahidəçi kimi iştirak etdiyini deyən M. Vuazen bu seçki prosesində Avropa Şurası və ATƏT-in standartlarına yaxınlaşma istiqamətində əhəmiyyətli irəliləyişə imza atıldığını vurğulayıb. O, prezident seçkilərinin azad, şəffaf  və ədalətli keçirildiyini, seçkilərlə bağlı Avropa Şurası Parlament Assambleyasının və Avropa Parlamentinin rəyinə tamamilə qatıldığını deyib.

 

Mişel Vuazen bu qənaətinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun hesabatında əksini tapmadığını deyib. SİTAT “Hesab edirəm ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun hesabatında AŞPA və Avropa Parlamentinin, eyni zamanda ATƏT-in qısa müddətli missiyasının müşahidəçilərinin qeyd etdikləri pozitiv aspektlər əksini tapmayıb”. 

 

Müəllif | Apa.Tv
Apa.tv