Zaqatalada “Hyundai” ağaca çırpıldı

Zaqatalada baş verən yol qəzasında bir nəfər ağır xəsarət alıb. APA TV-nin  məlumatına görə, hadisə bu gün səhər saatlarında Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.

 

Zaqatala şəhər sakini, 1965-ci il təvəllüdlü Rizvan Murtuzəli oğlu Əliyev “Hyundai” markalı 62 BH 879 dövlət nömrə nişanlı avtomobillə Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpıb. Qəzadan sonra ağır xəsarət alan Rizvan Əliyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.

 

Zaqatala RMX-dan APA TV-yə verilən məlumata görə, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Rizvan Əliyevə qapalı kəllə-beyin, döş qəfəsinin küt travması diaqnozu qoyulub, vəziyyəti ağır qiymətləndirilir.

 

Faktla bağlı Zaqatala rayon polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv