Nadejda Savçenko azadlıqda: aeroportdan Poroşenko ilə görüşə yollandı

Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin Ukraynada həbs olunan zabitləri Yevgeni Yerofeyev və Aleksandr Aleksandrovla dəyişdirilən ukraynalı pilot Nadejda Savçenkonu ölkəsinə gətirən təyyarə Kiyevin Borispol hava limanında yerə enib.

 

APA TV-nin məlumatına görə, N.Savçenkonu mətbuat və ictimaiyyət nümayəndələri qarşılayıb.

 

Jurnalistlərə verdiyi qısa açıqlamasında Nadejda Savçenko azadlığa buraxılması üçün çalışan hər kəsə təşəkkür edib. Bundan sonra o, birbaşa Prezident Administrasiyasına yollanıb.

 

Qeyd edək ki, 35 yaşlı N.Savçenko 2014-cü il 23 iyun tarixində Donbasda gedən döyüşlər zamanı əsir alınaraq Rusiyaya aparılıb. Daha sonra isə iki rusiyalı jurnalistin öldürülməsində ittiham edilərək, 22 müddətinə azadlıqdan məhrum edilib. Həbs olunduqdan sonra o, Ukrayna Ali Radasının deputatı seçilib və Ukrayna Qəhrəmanı fəxri adına layiq görülüb.

Müəllif | Apa.Tv
Apa.tv