MHP-nin fövqəladə qurultayının vaxtı açıqlandı

Türkiyədə Milliyətçi Hərəkat Partiyasının (MHP) fövqəladə qurultayı bu il iyulun 10-da keçiriləcək.

 

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə MHP sədri Dövlət Bağçalının bu gün yaydığı yazılı açıqlamada bildirilib.

 

Məhkəmənin qərarına hörmətlə yanaşdıqlarını bildirən D.Bağçalı qurultayın iyulun 10-da  Ankara Arena İdman Salonunda keçiriləcəyini qeyd edib. Qurultayda yenidən sədrliyə namizəd olacağını açıqlayan D.Bağçalı arzulayan hər kəsin partiya sədri postuna namizəd ola biləcəyini, demokratik şəkildə keçəcək qurultayın MHP-ni gücləndirəcəyini vurğulayıb.

Müəllif | Apa.Tv
Apa.tv