Sürücüsü yatan avtomobil qəzaya uğradı: 4 yaralı

Bakıda ağır yol qəzası baş verib, 4 nəfər xəsarət alıb. APA TV-nin məlumatına görə, hadisə Hövsan yolunda qeydə alınıb.

 

Hövsan qəsəbəsindən Zığ şosesi istiqamətində hərəkətdə olan "VAZ-2107" markalı avtomobil əks istiqamətdə hərəkət edən “Mercedes” markalı maşına çırpılıb. Qəza nəticəsində “Mercedes”in sürücüsü 31 yaşlı Quliyev Ruslan Rəsul oğlu, sərnişini 41 yaşlı Hüseynov Zaur Hüseyn oğlu, eləcə də, "VAZ-2107"də olan iki qadın sərnişin xəsarət alıb. Xəsarət alan qadınlardan yalnız birinin adı məlumdur. Bu, 19 yaşlı Həsənova Fatimə Əfrail qızıdır. Yaralılar hadisə yerinə çağırılan təcili tibbi ardım briqadaları tərəfindən xəstəxanalara çatdırılıb.

 

Suraxanı Rayon Polis İdarəsi və Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları hadisə yerində müayinələr aparıblar. İlkin ehtimala görə, "VAZ-2107"nin sürücüsü, 1991-ci il təvəllüdlü Abdurәhimov Zaur Mübariz oğlunu sükan arxasında yuxu tutub. Nəticədə avtomobil qarşıdan gələn “Mercedes”ə çırpılıb.

 

Suraxanı Rayon Polis İdarəsində faktla bağlı araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv