Afrikada biznes imkanları - TƏQDİMAT

Azərbaycan Diplomatik Akademiyasında “Afrikada biznes imkanları” mövzusunda təqdimat keçirilib. APA TV-nin xəbərinə görə, təqdimat Afrika qitəsində yerləşən və iqtisadi baxımdan daha perspektivli 4 ölkəyə - Anqola, Namibiya, Botsvana və Cənubi Afrika Respublikasına həsr olunub.


ADA-nın rektoru, Hafiz Paşayev bildirib ki, yeni bazarların tədqiq olunması məqsədi ilə akademiya bu ilin mayında layihə həyata keçirib.


Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədovun sözlərinə görə, xarici iqtisadi əlaqələrin genişləndirilməsi Azərbaycan üçün çox əhəmiyyətlidir. O, son 10 ildə Azərbaycan iqtisadiyyatının 3,4 dəfə artdığını bildirib.

 

Azərbaycan Sahibkarlar və İşəgötürənlər Konfederasiyasının rəhbəri Məmməd Musayev isə bildirib ki, Azərbaycan digər ölkələr kimi, Afrika ölkələri ilə də əməkdaşlıqda maraqlıdır. O, bu maraqlar çərçivəsində əməkdaşlığın inkişaf edəcəyinə ümid etdiyini deyib.


Daha sonra ADA-da təhsil alan yerli tələbələr, məzunlar, Anqola, Botsvana, Namibiya, Cənubi Afrikada magistr pilləsi üzrə təhsil alan tələbələr də proqram təqdimatları ilə çıxış ediblər.

 

Müəllif | Apa.Tv