Yaponiyanın Çin narahatlığı: "Böyük yeddilik" toplanır

Yaponiyada "Böyük yeddilik" ölkələri liderlərinin növbəti sammiti öz işinə başlayır. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, görüşdə iştirak etmək üçün ilk olaraq ABŞ prezidenti Barak Obama bu ölkəyə səfərə gəlib.

Bundan başqa, Almaniya, İtaliya və Fransa liderləri də gündoğan ölkədə səfərdədirlər. Bu il keçiriləcək sammitin gündəliyinə dünya iqtisadiyyatının qarşılaşdığı problemlər, miqrasiya böhranı, Suriya müharibəsi və Ukraynada baş verən hadisələr daxil edilib. Liderlərin həmçinin Çinin nüvə proqramı, eləcə də Pekinin Cənubi Çin dənizindəki aktivliyini də müzakirə edəcəyi gözlənilir. Adı çəkilən sonuncu məsələ Yaponiyanın baş naziri Sindzo Abe tərəfindən daxil edilib.

Bu arada, görüşün keçiriləcəyi Sima şəhərində polis təhlükəsizlik tədbirlərini gücləndirib. İctimai asayişin təmin olunası üçün 100 min polis əməkdaşı səfərbər edilib.

Müəllif | Apa.Tv
Apa.tv