"Qarsda erməni ovuna çıxaq?" deyən şəxsə 7 ay həbs cəzası

Türkiyədə Ülkü Ocaqları Qars təşkilatının rəhbəri Tolqa Adıgözəl həbs olunub. APA TV-nin Doğan Xəbər Agentliyinə istinadən xəbərinə görə, onun həbs olunmağına səbəb "Qars küçələrində erməni ovunamı çıxaq?" deməsidir. Ötən il 21 iyununda Qars Ani Antik Şəhərində erməni pianist Tiqran Hamasyan və Yerevan Dövlət Oda Korosunun (Xor Orkestri) verdiyi konsertindən sonra Ülkü Ocaqları Qars təşkilatının rəhbəri Tolqa Adıgözəl açıqlama verib. Qarslı millətçi, "Keşiş paltarında nə olduğu bəlli olmayan şəxslər tərəfindən verilən konserti şiddətlə, nifrətlə qınayıram. Bu etdikləri ilə məqsədləri nədir? Hansı satılmış mətbuat nümayəndələri bunlarla ortaq çalışır? Yoxsa bizlər də Qars küçələrində erməni ovunamı çıxaq?" deyib. Bundan sonra  HDP İstanbul millət vəkili Qaro Paylan açıqlamanın nifrət oyatdığı iddiası ilə məhkəməyə müraciət edib. Məhkəmə irq-ayrı seçkilik cinayətindən Tolqa Adıgözələ 7 ay 15 gün həbs cəzası, 11 min 240 Türkiyə lirəsi maddi cəza verib.

 

Tolqa Adıgözəl məhkəmə qərarından sonra qeyd edib ki, "bu cəza onun üçün şərəf medalıdır".

Müəllif | Apa.Tv
Apa.tv