Bakıda dəhşətli qətl: qardaş bacısını öldürdü - YENİLƏNİB

Bakıda qətl törədilib. Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün rayonun Faiq Yusifov küçəsində yerləşən 36 nömrəli binanın 42-ci mənzilində qeydə alınıb. Həmin ünvanda yaşayan Emin Çobanov bacısı Rübabəni bıçaqlayaraq öldürüb.

 

Qeyd edək ki, bacı-qardaşın ata və anası gözdən əlildirlər. Rübabə Çobanovanın marketlərin birində  satıcı işlədiyi bildirilir. Hadisədən əvvəldə  qardaş ilə bacı arasında narazılığın olduğu bildirilir. Bu səhər saatlarında isə qardaşla bacı arasında təkrar mübahisə yaranıb.  

 

"Deyib ki, səs eləmə, mən yatıram. Bu isə deyib niyə məni danlayırsan, təpik altına salırsan. Baçısı da deyib az danış".  

 

Qonşuların sözlərinə görə, qətli törədən Emin Çobanovun Rübabə Çobanovadan başqa iki bacısı var və onlar məhəllədə sakit ailə kimi tanınıblar.  Faktla bağlı Nərimanov Prokurorluğunda 120.1 qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Araşdırma aparılır.

 

 

Müəllif | Apa.Tv
Apa.tv