"Forbes" dünyanın ən nəhəng 2000 şirkətinin adını açıqladı

Çərşənbə günü Amerikanın nüfuzlu "Forbes" jurnalı dünyanın ən nəhəng 2000 şirkətinin adı əks olunan "Forbes Global" siyahısını açıqlayıb.

APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, 2015-ci ildə adı çəkilən siyahıda yer alan 27 Rusiya şirkəti arasından "Mail.ru Group", "Mechel", "Rostelekom" Birləşmiş Aviainşaat Şirkəti bu dəfə siyahıya düşə bilməyib.

Bununla belə, Çinin ICBC bankı artıq dördüncü dəfə siyahının lideri olub. İkinci yerə "China Construction Bank" qərarlaşıb. Siyahının üçüncüsü isə "Agricultural Bank of China" olub.

İlk onluqda həmçinin "Berkshire Hathaway" İnvestisiya holdinqi, "JPMorgan Chase", Bank of China, Wells Fargo, "Apple", o cümlədən "Exxon Mobil" və "Toyota Motor" şirkətlərlərinin də adını görmək olar.

Sözü gedən siyahıda yer alan Rusiya şirkətləri arasında "Qazprom" və "Rosneft" birinci və ikinci yerləri bölüşdürürlər. Bu şirkətlər siyahı üzrə müvafiq olaraq 53 və 75-ci yerlərdə mövqe tutmağa nail olub. "Sberbank" isə "Lukoyl" qrupunu geridə qoyaraq, 102-ci olub. Nəticədə, "Lukoyl" özünə 122-ci mövqedə yer tapa bilib

Qeyd edək ki, "Forbes Global 2000" reytinq cədvəli artıq on üçüncü dəfə tərtib edilir. Siyahı hazırlanarkən, dörd amil: şirkətlərin qazancı, xalis gəlir və aktivləri, o cümlədən bazar kapitallaşması kimi amillər nəzərə alınır. 

Müəllif | Apa.Tv
Apa.tv