Bakıda kriminal avtoritetin MEYİTİ TAPILDI
Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsinin əməkdaşları Mirəli Qaşqay küçəsində 7 saylı binanın qarşısından meyiti tapılmış kişinin şəxsiyyətinin müəyyənləşdirilməsi üzərində işləyirlər. Bu barədə Vesti.az-a bölmədən bildiriblər. Məlumata görə, barmaq izləri şəxsiyyətin müəyyənləşdirilməsi üçün DİN-nin Ekspert-kriminalistika idarəsinə verilib. Mərhumun paltarlarının təmiz olması onun "bomj" olması ehtimalını aradan qaldırır. Güman olunur ki, meyiti tapılan kişi həbsdə yatıb. Həmin şəxsin təxminən 35-40 yaşında olduğu güman edilir. Boyu 170-173 sm olan mərhumun sağ əlinin biləyində "Rauf”, baş barmağında "Elton” adları yazılıb. Sağ əlininin içəri tərəfindən "Ata-Ana” sözləri yazılıb. Sol əlinin orta barmağındakı üzük işarəli döymə onun oğru dünyasında müəyyən yer tutduğundan xəbər verir. Əməliyyatçılar hesab edirlər ki, barmağa vurulmuş üzük tatusu bu şəxsin həbsxanada avtoritet olmasını, üç şüa isə üç dəfə dustaq həyatı yaşamasını göstərir.
Meyitin üzərində hec bir zorakılıq əlamətləri aşkar olunmayıb. Naməlum şəxsin beyinə qan sızmasından öldüyü istisna edilmir.