NATO qoşunları İsveçə girəcək: Parlament qərar verdi
İsveç parlamenti NATO hərbi kontingentinin ölkə ərazisinə daxil olmasına razılıq verib. APA TV-nin məlumatına görə, razılaşmaya görə, alyans İsveç ərazisində hərbi təlimlər keçirə və regionda vəziyyət gərginləşərsə bölgəyə əlavə qüvvələr yeridə bilər.
İsveçin müdafiə naziri Piter Xulkvist bildirib ki, bu qərar alyansa üzv olmayan ölkəsi ilə NATO arasındakı münasibətlərə, xüsusilə təhlükəsizlik siyasəti ilə bağlı məsələlərə təsir etməyəcək. O, həmçinin vurğulayıb ki, qüvvələr İsveç ərazisinə dəvətsiz daxil ola bilməyəcəklər.
İsveçlə NATO arasında bu barədə razılaşma 2014-cü ildə imzalanıb. Sənəd bu ilin iyulun 1-dən qüvvəyə minəcək.
Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, əgər şimal qonşusu NATO-ya üzv olarsa Moskva cavab tədbirləri görəcək.