Aydın Əliyev Qobustanda vətəndaşları qəbul edib
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Qobustan rayonundakı Gənclər evində bölgə vətəndaşlarını qəbul edib. APA TV-nin yerli bürosunun məlumatına görə, qəbulda komitə sədri Qobustan, Şamaxı, Ağsu və İsmayıllı rayonlarının sakinlərinin müraciətlərini dinləyib.
Vətəndaşların müraciətləri əsasən işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və digər gömrük məsələləri ilə bağlı olub. Qəbul zamanı Dövlət Gömrük Komitəsinin sədri hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşıb, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib. Qəbulda qaldırılan məsələlərin bəziləri yerindəcə həll edilib, komitənin səlahiyyətlərinə aid olmayan məsələlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.