Erməni hərbçisi əsgər yoldaşını qətlə yetirib

Mayın 25-də Ermənistan Silahlı Qüvvələrinə məxsus N saylı hərbi hissədə əsgər digər əsgər yoldaşını ölümcül bıçaqlayıb.

 

APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, ilkin versiyaya əsasən əsgər Akop Gevorkyanla Q. Kosoqoblyan arasında mübahisə düşüb. Q. Kosoqoblyan əsgər yoldaşına kəsici-deşici alətlə zərbə endirib. Yaralı əsgəri “Mehri” tibb məntəqəsinə çatdırmaq istəsələr də, o, yolda ölüb.

 

Faktla bağlı Ermənistan İstintaq Komitəsində cinayət işi başlanıb. Təqsirləndirilən şəxs saxlanılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv