Nobel Sülh Mükafatı VERİLDİ
2013-cü il üçün Nobel sülh mükafatı BMT-nin kimyəvi silahların qadağan olunması təşkilatına verilib. APA TV-nin xəbərinə görə, bunu Stokholmdakı İsveç Kral Elmlər Akademiyası elan edib.
Qeyd edək ki, kimyəvi silahların qadağan olunması təşkilatı sentyabrın sonunda Suriyanın kimyəvi silahlarının məhv edilməsi planını təsdiqləyib. Kimyəvi silah istehsal edən avadanlıqların 2013-cü ilin noyabr ayının əvvəlinə qədər, bütün kimyəvi silah arsenalının isə 2014-cü ilin birinci yarısında məhv edilməsi nəzərdə tutulub.
Nobel sülh mükafatına bu il rekord sayda namizəd var idi. İddiaçılar 50 qurum və 259 şəxsdən ibarət idi.
İddialı namizədlər arasında ilk yerdə Talibanın hücumuna məruz qalan yeniyetmə aktivist Malala Yuzifsay, Konqolu həkim Denis Mukveqe, Rusiyadan insan haqları müdafiəçisi olan qadınlar Lyudmila Alekseyeva, Svetlana Qannuşkina və Liliya Şibanova var idi. Mükafata sahib olmaq ehtimalı olan başqa bir şəxs isə Amerika kəşfiyyatının gizli dinləmə faktlarını ictimaiyyətə açıqlayan Bradley Manninq idi.