Türkiyədə 42 PKK terrorçusu belə təslim oldu - HADİSƏ YERİNDƏN
Türkiyədə daha 42 PKK terrorçusu təslim olub. APA TV-nin "Sözçü" qəzetinə istinadən xəbərinə görə, Mardin vilayətinin Nusaybin qəsəbəsində antiterror əməliyyatları zamanı sıxışdırılan terrorçular təslim olmağa başlayıb. Qəsəbədə silahı ataraq təhlükəsizlik qüvvələrinə təslim olan 42 terrorçudan 10-u qadındır.
Martın 14-dən küçəyə çıxma qadağası olan qəsəbədə terrorçuların qazdığı xəndəklərin doldurulması, barrikadaların qaldırılması, partlayıcıların, minaların zərərsizləşdirilməsi və terrorçuların məhv edilməsi prosesi gedir. Bu günə qədər 437 terrorçu öldürülüb, 400 barrikada qaldırılıb, 35 çuxur doldurulub, 1024 əldəqayırma partlayıcı zərərsizləşdirilib.
Nusaybində ötən gün də 25 PKK terrorçusu təslim olub. Bundan sonra əməliyyat daha da gücləndirilib. Terrorçulara "təslim olun" müraciətləri edilib. Nəticədə 42 terrorçu isə bu gün təslim olub. Onların arasında yaralılar da var.