Fərəc Quliyevdən SEÇKİ YORUMU

Milli Dirçəliş Hərəkatı Partiyası Azərbaycanda keçirilən prezident seçkilərinin nəticələri ilə bağlı mətbuat konfransı keçirib.

APA TV-nin xəbərinə görə, partiya sədrinin müavini Həbib Ələkbərov seçkilərin nəticələri ilə bağlı partiyanın mövqeyini açıqlayıb. O bildirib ki, seçki prosesini partiyanın 800-dən çox müşahidəçisi, məşvərətçi səs hüquqlu nümayəndəsi, vəkilləri müşahidə edib və kampaniya dönəmində müşahidəçilər tərəfindən bir sıra qanun pozuntuları qeydə alınsa da, müdaxilə nəticəsində dərhal aradan qaldırılıb. O qeyd edib ki, təmsil etdiyi partiya inqilabi dəyişikliyin əleyhinədir.

 

Prezidentliyə namizəd Fərəc Quliyev isə qeyd edib ki, bu seçkilərin nəticələrinin Azərbaycan xalqının xeyrinə olacağına ümid edir. O, prezident İlham Əliyevi seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib. Fərəc Quliyev hesab edir ki, Milli Dirçəliş Hərəkatı Partiyasının uduzmağının əsas səbəbi elektoratın seçkidə fəal iştirak etməməsi olub.

 

Müəllif | Apa.Tv