Gəncə-Göygöl yolunda “Nissan” maneəyə çırpıldı: 1 ölü, 1 yaralı
Gəncə-Göygöl avtomobil yolunda bir nəfərin ölümü, bir nəfərin yaralanması nəticələnən ilə qəza baş verib.
APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun Qızılqaya qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
“Nissan” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb və maşın yolun kənarında olan maneəyə çırpılıb. Nəticədə sürücü, 1992-ci il təvəllüdlü Elmar Rzayev və sərnişin, 1994-cü il təvəllüdlü Azər Sadıqov müxtəlif bədən xəsarətləri alıblar. Onlar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.
Xəstəxanadan verilən məlumata görə, Azər Sadıqovu həkimlərin səyinə baxmayaraq, xilas etmək mümkün olmayıb. Sürücü Elmar Rzayevin vəziyyəti isə orta-ağırdır.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.